
BAKI, 9 mart. TELEQRAF
Fransa Ukraynaya 195 milyon avro dəyərində hərbi yardım edəcək.
Teleqraf xəbər verir ki, yardım dondurulmuş Rusiya aktivlərindən faizləri ilə ödəniləcək.
Bu barədə Fransanın Müdafiə naziri Sebastyan Lecornyu "La Tribune Dimanche" nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Fransa Ukraynaya "Mirage 2000" qırıcıları üçün 155 mm çaplı artilleriya mərmiləri və AASM aviasiya bombaları verəcək.
Bundan əlavə, Fransa AMX-10RC yüngül tanklarının və VAB zirehli transportyorlarının transferini sürətləndirəcək. Onlardan daha əvvəl fransız qoşunları istifadə edib.
Ölkə həm Ukraynanı, həm də öz ordusunu dəstəkləmək üçün hərbi texnika istehsalını da artıracaq.
Lecornyu bildirib ki, "Dassault Aviation" "Rafale" qırıcılarının istehsalını da genişləndirmək niyyətindədir.
2026-cı ilə qədər onlar AASM aviasiya bombalarının istehsalını da iki dəfə artacaq. Eyni zamanda MBDA tank əleyhinə raketlərin ("Akeron MP") istehsalı 2025-ci ildə iki dəfə sürətləndiriləcək.