
BAKI, 8 mart. TELEQRAF
“İran ABŞ ilə danışıqlar aparmayacaq. Vaşinqton yalnız öz maraqlarını düşünür”.
Teleqraf xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei “CNN”ə müsahibəsində deyib.
ABŞ Prezidenti Donald Trampın Tehranla nüvə proqramı ilə bağlı danışıqlar təklifinə dini rəhbərin cavabı belə olub: “Bəzi hökumətlər problemləri həll etmək əvəzinə, öz maraqlarını həyata keçirmək üçün danışıqlar aparırlar. İran onların ümidlərini doğrultmayacaq”.