
BAKI, 9 mart. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sahibsiz itlərin ölkə sakinlərinə hücumlardan danışıb.
Teleqraf xəbər verir ki, bu barədə TGRT Haber TV məlumat verib.
Türkiyə lideri 8 Mart bayramı şərəfinə düzənlənən iftar məclisində sahibsiz itlərin insanlara hücumunu “kəskinləşməkdə olan problem” adlandırıb.
Siyasətçi bildirib: “Bu problemi həll etmək üçün, həm müxalifəti, həm də iqtidarı təmsil edən bütün yerli administrasiyalar birgə çalışmalıdırlar”.
Xatırladaq ki, ötən axşam Konya şəhərində on sahibsiz it iki yaşlı suriyalı Rəna Əl Minikə hücum edərək, uşağı parçalayıblar.
Türkiyə Prezidenti qızın yaxınlarına başsağlığı verib və əlavə edib ki, prokurorluq artıq hadisənin səbəblərini araşdırır.
Ərdoğan vəziyyətin öhdəsindən gəlmək üçün lazım olan hər şeyi edəcəyinə söz verib.