
BAKI, 8 mart. TELEQRAF
Martın 8-də Moskvada temperatur rekordu qeydə alınıb.
Teleqraf xəbər verir ki, Rusiya paytaxında havanın hərarəti +10,1 dərəcəyə çatıb.
Xəbərdə qeyd olunur ki, indiyə qədər martın 8-də ən yüksək temperatur 2020-ci ildə olmuşdu (+8,6).
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın sözlərinə görə, 2024-2025-ci illərin qışı ölkədə bütün hava müşahidələri tarixində ikinci yeri tutub. 2019-2020-ci illərin qış dövrü isə istilik baxımından birinci yerdədir.