
BAKI, 9 mart. TELEQRAF
Türkiyənin Diyarbəkir şəhərində ticarət mərkəzlərindən birində silahlı insident baş verib.
Teleqraf “CNN Türk”ə istinadən xəbər verir ki, girişdəki kafeyə basqın zamanı 22 yaşlı qadın ölüb, daha bir nəfər xəsarət alıb.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Qaçan cinayətkarın tutulması istiqamətində əməliyyat başladılıb.