BAKI, 8 mart. TELEQRAF

"CHP zalım, həyasız, faşist siyasi təşkilatdır. Onlar qadınların öz fikirlərini sərbəst ifadə etməsinə dözümsüzlük nümayiş etdirirlər”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan iftar məclisində aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ünvanına sərt ittihamlar səsləndirib: “CHP qadınların düşməni olan bir partiyadır. Kadıköy bələdiyyəsində AKP-dən olan xanım dostumuzun sözünü kəsdilər. Ona ayağa qalxıb, Amerikada olduğu kimi, “Bu qadını çölə atın” dedilər. Qadınlara qarşı zorakılıq haqqında maarifləndirməni hər kəsdən əvvəl öz əməkdaşları və bələdiyyələrindən başlasınlar”.