
BAKI, 8 mart. TELEQRAF
Cənubi Koreya Prezidenti Yun-Sok Yol azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreya prokurorluğu məhkəmənin prezidetin azad edilməsi ilə bağlı qərarına etiraz etməyib və onun sərbəst buraxılmasına razılaşıb.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreya məhkəməsi Prezidentin həbsini ləğv edib.
Ötən ay Seulun Mərkəzi Dairə Məhkəməsinə müvafiq ərizə ilə müraciət olunub və məhkəmə həbsin qanunsuz olduğuna dair qərar verib.
Prezidentin vəkili Sok Don Hyonun sözlərinə görə, prokurorluğun apellyasiya şikayəti vermək imkanı olduğu müddətdə prezident azad edilməyəcək.