BAKI, 8 mart. TELEQRAF

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan İsgəndər ballistik raketini və 79 dronu zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, qarşı tərəf ötən gün axşam saatlarından etibarən iki “İsgəndər-M/KN-23” ballistik raketi və bir “İsgəndər-K” qanadlı raketi, o cümlədən, yüzdən çox dronla Ukrayna ərazisinə hücum edib.

Dağıntı və itkilərlə bağlı məlumat verilməyib.