BAKI, 9 mart. TELEQRAF

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə piyadanı vurub.

Teleqraf xəbər verir ki, bu barədə DSMF-nin ictimaiyyətlə əlaqələr depratamentinin rəhbəri Rəşad Mehdili məlumat yayıb.

O, Feysbuk profilində yazıb: "Bu gün (dünən - red.) Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törətmişdir".

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırsa da, piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.