BAKI, 8 mart. TELEQRAF

Rusiya prezidenti Vladimir Putin Ukrayna üzrə danışıqlar üçün yeni şərt irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiya lideri Ukraynada sülhməramlı kontingentdə iştirak edəcək ölkələri şəxsən seçməkdə israrlıdır. Xüsusilə, Rusiya hakimiyyəti Çin və ya digər neytral dövlətlər tərəfindən sülhməramlıların göndərilməsinə etiraz etmir.

Qeyd olunur ki, Avropa sülhməramlılarının iştirakı Rusiya üçün qəbuledilməzdir.