
BAKI, 9 mart. TELEQRAF.
Polşanın Xarici işlər naziri Radoslav Sikorski Macarıstanın Baş naziri Viktor Orbanın referendum keçirmək planına ironiya ilə cavab verib.
Teleqraf xəbər verir ki, diplomat öz sosial şəbəkə hesabında bu barədə yazıb.
O bildirib: “Orbanın rəhbərliyi altında Macarıstanın üzvlüyü ilə bağlı Aİ referendumunun nəticələrini görmək mənimçün maraqlı olardı”.
Martın 7-də Macarıstanın Baş naziri V.Orban deyib ki , ölkəsinin vətəndaşları Ukraynanın Avropa İttifaqına daxil olub-olmaması ilə bağlı söz sahibi olacaqlar. Bu, Macarıstan vətəndaşlarından suallara tez-tez bəli və ya yox formatında cavab vermələrinin istəndiyi referendum kampaniyasını əhatə edir. Eyni prinsip Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı səsverməyə də şamil olunacaq.