
BAKI, 9 mart. TELEQRAF.
Qəzza zolağında 2 milyondan çox fələstinlinin ərzaq və ilkin tələbat mallarına ciddi ehtiyacı var.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, Fələstin anklavında 2,3 milyon insan İsrail hakimiyyətinin bölgəyə bütün humanitar yardımların çatdırılmasına mane olması səbəbindən kəskin ərzaq, dərman və ilkin tələbat çatışmazlığı ilə üzləşib. Son 7 gün ərzində evləri qızdırmaq və elektrik generatorlarını işə salmaq üçün lazım olan yanacaq Qəzza zolağına çatdırılmayıb.
Telekanal qeyd edir ki, Qəzza zolağı sakinlərinin evlərini təmir etməyə və müvəqqəti sığınacaqlar təşkil etməyə imkanları yoxdur”.