
BAKI, 8 mart. TELEQRAF
Suriyada son günlər davam edən döyüşlər nəticəsində, xüsusilə ələvilərin çox olduğu Latakiya bölgəsində 250-dən çox insan həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər Suriya İnsan Haqları Müşahidə Qrupuna istinadən məlumat yayıb.
Onlardan 162-nin mülki şəxslər olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, ələvi əhalisi arasında hazırda çox ciddi bir qorxu var və onlar öz təhlükəsizlikləri ilə bağlı narahatdırlar.
Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) isə, ən azı 225 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, bu Suriyada Bəşər Əsəd hakimiyyəti devrildikdən sonra qeydə alınan ən güclü toqquşmadır.
Şiddətli qarşıdurmaların baş verdiyi Homs, Latakiya və Tartus bölgələrində komendant saatı tətbiq olunur.