BAKI, 8 mart. TELEQRAF

Almaniyanın Kiel İnstitutunun araşdırmasına görə, 2022-ci ilin əvvəlindən 2024-cü ilin sonuna qədər ABŞ Ukraynaya 69 milyard dollar dəyərində hərbi yardım ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Statistikaya əsasən, Almaniya 13,6 milyard dollar, Böyük Britaniya 10,8 milyard dollar, Danimarka 8,1 milyard dollar, Niderland isə 6,3 milyard dollar həcmində Kiyevə yardım göstərib.

Ümumi hərbi, humanitar və digər yardımlar da nəzərə alındıqda, ABŞ-nin Ukrayna üçün ayırdığı vəsaitin 120 milyard dollara yaxın olduğu bildirilir. Bu, 2022-ci ildən bəri göstərilən ümumi beynəlxalq dəstəyin təxminən 43%-ni təşkil edir.

Avropa İttifaqı (Aİ) ölkələri isə yardımın 18,3%-ni birliyin institutları vasitəsilə təmin edib. Bundan əlavə, Almaniya kimi bəzi Aİ üzvləri ayrıca yardımlar ayıraraq Ukraynaya dəstəklərini artırıblar.