
BAKI, 7 mart. TELEQRAF
“Rusiya və Ukrayna münaqişənin həlli üçün razılığa gəlmək istəyirlər, çünki onların seçimləri yoxdur”.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısının sözlərinə görə, hər iki tərəf münaqişəni dayandırmağa məcburdur: “Ukrayna sövdələşmə etmək istəyir, onların seçimi olmadığını düşünürəm. Mən hesab edirəm ki, Rusiya da razılıq əldə etmək istəyir, çünki... tamamilə başqa qaydada onların da seçimləri yoxdur, bu barədə yalnız mən bilirəm”.