BAKI, 7 mart. TELEQRAF

Koreya Respublikasında keçirilən təlimlər zamanı hava bombalarının səhvən atılması nəticəsində azı 14 hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb .

Bundan əlavə, 15 mülki şəxs yaralanıb.

Martın 6-da Cənubi Koreya qırıcıları təlim zamanı Pxoçxon vilayətinin İdonq rayonundakı Noqok kəndinə havadan bombalar atıb. Sursatlardan biri küçəyə düşüb və bir neçə binaya, o cümlədən kilsəyə zərər dəyib. Koreya Respublikası Hərbi Hava Qüvvələri bombaların pilot səhvi ucbatından atıldığını bildirib: o, uçuşa hazırlaşarkən hədəf koordinatlarını səhv daxil edib. Səkkiz bomba iki KF-16 qırıcısı tərəfindən atılıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, kənd ABŞ və Cənubi Koreyanın təlimlər keçirdiyi poliqondan 8 km aralıda yerləşir.