
BAKI, 6 mart. TELEQRAF
Fransalı hərbi ekspert Anastasiya Şapoçkina Türkiyənin bütün təzyiqlərə baxmayaraq, müdafiə sənayesini inkişaf etditməsini Avropaya nümunə göstərib.
Teleqraf xəbər verir ki, "France24"ə danışan ekspertə görə, Avropa Vaşinqtonun təhlükəsizlik çətirinə arxalanmağı dayandırmalı və özünün müdafiə sistemlərini inkişaf etdirməlidir.
"Türkiyə Rusiyadan S-400 aldığı üçün ABŞ-nin sanksiyaları ilə üzləşdi. Bu sanksiyalarıdan qısa müddət sonra Türkiyənin müdafiə sənayesi daha da gücləndi. Ankara buna 5 il ərzində nail oldu. Avropa da Türkiyə kimi özünün müdafiə sənayesini gücləndirməlidir", - deyə ekspert bildirib.
Ekspert bildirib ki, Hindistan və Çin də son 25 ildə özünün müdafiə sənayesini gücləndirib.