BAKI, 6 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronalduya İranda 99 şallaq zərbəsi vurulacağına dair məlumat yalandır.

Teleqraf IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Romadakı səfirliyi məlumat verib.

"Kriştianu Ronaldunun 100 şallaq zərbəsi ilə üzləşməsi iddiası media saxtakarlığıdır və bununla bağlı heç bir məhkəmə qərarı verilməyib", - səfirlik bildirib.

2023-cü ildə Ronaldu İranda əlil qadın sənətçi ilə görüşərkən onu qucaqlayıb öpüb. İranda belə hərəkətlər qadağandır. Şəriət qaydalarına görə, o ölkəyə yenidən səfər etsəydi, Ronaldu həbs oluna və 99 şallaq zərbəsi ala bilərdi.