
BAKI, 5 mart. TELEQRAF
"Britaniya Ukraynada ABŞ-nin kəşfiyyat fəaliyyətindəki boşluğu doldurmağa çalışacaq".
Teleqraf “Politico” jurnalına istinadən xəbər verir ki, bunu Londonda yerləşən kəşfiyyat konsaltinq şirkəti olan “İstok Associates Limited”in baş direktoru Nil Barnett deyib.
“Britaniyalılar bu boşluğu doldurmağa çalışacaqlar. Suveren olan RAF Akrotiri-də dinləmə postlarımız var, ərazidə Rivet Joint uçuşları aparılır. Amma göz qabağındadır ki, biz amerikalıların malik olduğu bütün imkanlara malik deyilik və elə şeylər olacaq ki, onları sadəcə əvəz etmək mümkün deyil”, - ekspert bildirib.
Barnett ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarının Ukrayna Silahlı Qüvvələrinə ciddi təsir edəcəyini də vurğulayıb.