
BAKI, 6 mart. TELEQRAF
Niderland 2026-cı ildə Ukraynaya dəstək üçün 3,5 milyard avro ayırmağı planlaşdırır.
Teleqraf yerli "NOS" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dik Şofun parlamentdəki debatlar zamanı məlumat verib.
Onun sözlərinə görə, əvvəlki illərdə Niderland təqribən 3,5 milyard avro ayırıb və gələn il üçün də eyni məbləğ nəzərdə tutulub. Şof qeyd edib ki, Kiyevin 2025-ci ildə daha çox pula ehtiyacı olarsa, bu, 2026-cı ilin büdcəsində nəzərdə tutulmuş vəsaitdən götürüləcək.
Baş nazir bildirib ki, Ukraynaya sülhməramlıların göndərilməsi məsələsi açıq qalır. Şof vurğulayıb ki, Niderland və Avropa Kiyev üçün daha çox şey etmək istəyirlər, lakin onlar bunu ABŞ olmadan edə bilməzlər və etməyəcəklər.