
BAKI, 6 mart. TELEQRAF
HƏMAS bütün girovları sərbəst buraxaraq Qəzzanı tərk etməlidir. Əks təqdirdə sonu olacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, əgər xəbərdarlığa məhəl qoyulmasa, bir HƏMAS üzvü belə güvəndə olmayacaq: "İsrailə işi bitirməsi üçün lazım olan hər şeyi göndərirəm. Bu sizə son xəbərdarlıqdır. Hələ də şansınız varkən Qəzzanı tərk edin".
Tramp Qəzza sakinlərini də təhdid edib: "Girovları sərbəst buraxın, yoxsa bunun bədəlini canınızla ödəməli olacaqsınız".
Qeyd edək ki, İsrail və HƏMAS arasında danışıqların ikinci mərhələsi hələ də baş tutmayıb. Razılşamaya əsasən HƏMAS israilli girovları, İsrail isə fələstinli məhbusları azad etməli, sonuncu öz ordusunu İordan çayının qərb sahillərindən geri çəlməlidir.