
BAKI, 6 mart. TELEQRAF
"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti ipək və yun tərkibli iplərin boyanması xidmətinin satın alınması üçün tender elan edib.
Tenderin ehtimal olunan ümumi dəyəri 190.500,00 AZN olaraq müəyyən edilib. Tender çərçivəsində 5.000 kq ipək sapı və 1.500 kq yun sapı üçün boyama xidmətinin alınması nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 250 azn təşkil edir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 9-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.