BAKI, 6 mart. TELEQRAF

Martın 6-da ABŞ Prezidenti Donald Tramp ölkənin Təhsil Departamentini ləğv edən fərman imzalaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, Ağ Evin rəhbəri təhsil naziri Linda Makmeona ABŞ qanunlarına uyğun olaraq departamentin bağlanmasına şərait yaratmaq üçün bütün lazımi tədbirləri görməyi tapşıracaq.