
BAKI, 5 mart. TELEQRAF
ABŞ-nin vitse-prezident Ceyms Devid Vens Virciniya ştatının Aleksandriya şəhərindəki malikanəsini satıb.
Teleqraf xəbər verir ki, o, bu satışdan 1.7 milyon dollar qazanıb.
Vitse-prezident fevralın 27-də evini satışa qoymuşdu.
Siyasətçi mənzili 2023-cü ilin fevralında 1,6 milyon dollara alıb.
Malikanə 1925-ci ildə tikilib və sonradan modernləşdirilib. Təxminən 232 kvadratmetr olan ev beş yataq, beş hamam və böyük qonaq otağından ibratətdir. Əsas binadan əlavə, ərazinin daxilində mətbəx və sanitar qovşağdan ibarət tikili də var.