BAKI, 6 mart. TELEQRAF

Azərbaycanın qadın boksçusu Banuçiçək Nəsirli Monteneqronun Budva şəhərindəki gənc boksçular arasında Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirində ən azı bürünc medalı təmin edib.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, 48 kq çəkidə mübarizə aparan Nəsirli 1/4 finalda qazaxıstanlı Aiym Tankibayevaya qalib gəlib - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30).

O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.