BAKI, 6 mart. TELEQRAF

"Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarı Oval kabinetdə baş verənlərdən sonra məntiqli addımdır".

Teleqraf xəbər verir ki, bunu Niderlandın Sosialist Partiyasından (SP) keçmiş deputat Harri van Bommel bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski başa düşməlidir ki, ölkəsi məhv olmamaq üçün ABŞ-dən asılıdır.

“ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırması məntiqli addım idi. Axı əgər əvəzində nəsə istəyirsənsə, sözünü əməllə dəstəkləməlisən”, - deyə, siyasətçi qərarı haqlı sayıb.

Siyasətçinin fikrincə, Zelenski və Aİ razılığa gəlməlidirlər: "Onlar ABŞ Prezidenti Donald Trampla sazişlə bağlı yenidən danışmalı olacaqlar".