BAKI, 6 mart. TELEQRAF

"İffət və hicab" qanununu tətbiq edə bilmərəm".

Teleqraf xəbər verir ki, bunu İran İslam Respublikasının icraçı vitse-prezidenti Qaem Pənah "X" sosial şəbəkəsində yazıb.

O, yazıb: "Prezident Pezeşkian bu gün vurğuladı ki, o, "İffət və hicab" qanununu həyata keçirə bilməz, çünki bu qanun xalqa problemlər yaradacaq. Prezident xalqın qarşısında dayanmaq istəmir".

Bu qanun layihəsi İran məhkəmə sistemi tərəfindən hazırlanıb və əvvəlki İbrahim Rəisi hökumətinə göndərilib. "İffət və Hicab" qanunu İranda hicabı icbari formada tətbiq etməyi nəzərdə tutur. Qanunda hicab qadağasına əməl etməməyə görə cəzalar sərtləşdirilib.

Prezident Məsud Pezeşkian ötən il televiziya müsahibəsində qanunu tənqid edərək, onun həyata keçirilməsinin mümkün olmadığını bildirmişdi. Ali Milli Təhlükəsizlik Şurasının qərarı əsasında bu qanunun qüvvəyə minməsini təxirə salınıb.