BAKI, 5 mart. TELEQRAF

ABŞ Ukrayna ilə faydalı qazıntılarla bağlı saziş imzalayarsa, Kiyevə silah tədarükünü bərpa edəcək.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.

Medvedev qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı Kiyev rəhbərliyinin sülh danışıqlarına başlamağa və "köləlik müqaviləsi" adlandırdığı faydalı qazıntılarla bağlı sazişi imzalamağa razı olduğunu söyləyib. Bu sazişin imzalanmasından sonra ABŞ-nin silah tədarükünüi bərpa etməsinin ehtimal olunduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı sazişin imzalanması ilə bağlı xəbərlər olsa da, bəzi mənbələr sazişin hələ imzalanmadığını və hüquqi boşluqların mövcud olduğunu bildirirlər.