​​BAKI, 6 mart. TELEQRAF

ARDNF-nin daşınmaz əmlak investisiyalarnın həcmi 3,5 mlrd. dollara təşkil edib. Sektorun ümumi portfeldəki payı 5,9%-dir.

Teleqraf xəbər verir ki, bunu qurumun investisiya departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunları və 2025-ci il perspektivlərinə həsr olunmuş media-brifinqdə bildirib.

Onun sözlərinə görə, indiyədək daşınmaz əmlaklara yatırımlar sayəsində fond 1 mlrd. dollar gəlir əldə edib.

"Daşınmaz əmlakın gəlirlilik səviyyəsi 2,9%-i təşkil edib. ARDNF 2025-ci ildə də daşınmaz əmlak sektoruna investisiyaların davam etdirilməsini planlaşdırır", - deyə Fərhad Zeynalov qeyd edib.