​​BAKI, 6 mart. TELEQRAF

Bu il "Nənələr" folklor və rəqs ansamblının yaranmasının 55 ili tamam olur.

Teleqraf xəbər verir ki, Lənkəran rayonunun Separadi kəndində 1970-ci ildə əsası qoyulan ansambl 1982-ci ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Əvvəl ansambl “Bacılar” adlanırdı, lakin 1997-ci ildə Heydər Əliyev Lənkərana səfəri zamanı qrupa “Nənələr” adı verib.

Qrupun repertuarında Azərbaycan və talış dillərində səslənən 100-ə qədər xalq mahnısı və bayatılar var. Onlardan ən məhşuru "Ay lolo" mahnısı, 2012-ci ildə "Grand" mükafatına layiq görülüb.

Mövzu ilə bağlı "Mədəniyyət" kanalının hazırladığı süjeti təqdim edirik: