BAKI, 6 mart. TELEQRAF

ABŞ narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksikanı işğal etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərin sualını cavablayarkən ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

O qeyd edib ki, ABŞ Meksika ilə münasibətləri pisləşdirmək istəmir və ümid edir ki, bu ölkənin hakimiyyət orqanları kartellərlə mübarizə üçün özləri tədbirlər görəcəklər. Bu yolla onlar həm Meksika, həm də Amerika xalqına kömək edəcəklər, siyasətçi vurğulayıb.

"Əgər onlar bunu etməsələr, bundan sonra nə edəcəyimizə qərar verəcəyik", - deyə vitse-prezident əlavə edib.