
BAKI, 5 mart. TELEQRAF
Vaşinqton Pekinlə münaqişə axtarırsa Çin ticarət, gömrük və ya digər sahələrdə münaqişəyə getməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Çinin ABŞ-dəkı səfirliyindən bildirilib.
"Əgər ABŞ həqiqətən fentanil (sintetik narkotik) məsələsini həll etmək istəyirsə, düzgün həll yolunun Çin ilə bərabərhüquqlu dialoq aparmaq olduğunu düşünürük. ABŞ ticarət, gömrük və ya başqa bir sahədə müharibə istəyirsə, biz hazırıq", - səfirliyin mətbuat xidməti bildirib.
Çin Dövlət Şurasının hesabatında qeyd olunur ki, Pekin müvafiq dərmanların hərəkət yollarını izləmək üçün sistemli tədbirlər görür. Eyni zamanda, Çin fentanil və ona bağlı preparatların qaçaqmalçılığını və qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizə aparır.