
BAKI, 6 mart. TELEQRAF
Fransa Ukraynaya kəşfiyyat məlumatlarını verməyə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlik, Fransanın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmağı nəzərdə tutmadığını və bu siyasətin davam edəcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynaya hərbi kəşfiyyat məlumatlarının verilməsini müvəqqəti olaraq dayandırıb.