
BAKI, 6 mart. TELEQRAF
Cənubi Koreya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi təlim uçuşları zamanı səhvən səkkiz MK-82 bombası Poçxon şəhərində atıb.
Teleqraf xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 15 nəfər xəsarət alıb.
Yaralananlar arasında iki hərbçi və iki xarici vətəndaş da var. Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırma başlayıb və Poçxon sakinlərindən üzr istəyib.