BAKI, 5 mart. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə telefon fırıldaqçıları ilə qarşılaşmasından danışıb.

Teleqraf xəbər verir ki, bu barədə “Yunashev Live” "Telegram" kanalında məlumat verilib.

“Dəfələrlə zəng etdilər. Onlar hələ tutulmayıblar. Yaxın qohumlarımdan biri fırıldaqçıların qurbanı olmaqdan son anda qurtulub. Qohumum telefon fırıldağı barədə mənə vaxtında lazımi məlumatlar vermişdi" - Peskov deyib.