BAKI, 6 mart. TELEQRAF

Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə qızıla investisiyaları artıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Fondun risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy deyib.

Departament direktoru qeyd edib ki, qızıl alışı 25%-ə qədər artırılacaq.

O da məlum olub ki, Fond "AzerGold"dan qızılı bazar qiymətinə, bazarın açıldığı saatda alır.

"Lakin ötən il Azərbaycandan qiymətli metal alınmayıb. Sonuncu dəfə 2021-ci ildə bu mənbədən alış reallaşdırılıb. Ötən il qiymətli metal əsasən London bazarlarından satın alınıb", - deyə Vadim Pşeniçnıy deyib.