BAKI, 6 mart. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Amerika istehsalı olan “Patriot” zenit-raket kompleksləri üçün raketləri bir neçə həftə ərzində tükənə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" telekanalı Ukrayna hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ukraynalı rəsmi telekanala bildirib ki, Kiyevin hazırda "Patriot" sistemlərinə alternativi yoxdur. Telekanal onu da bildirib ki, hazırda Kiyevin bu zenit-raket kompleksləri üçün nə qədər raketi qaldığı məlum deyil. Ehtimal ki, bu ehtiyat Ukrayna səmasını cəmi bir neçə həftə qoruya bilər.

Qeyd edək ki, Kiyevin sərəncamında ümumilikdə altı "Patriot" sistemi qalıb.