BAKI, 6 mart. TELEQRAF

Çin 21-ci əsrin ortalarına qədər təmiz enerji yaratmaq üçün nüvə sintezi texnologiyasını tətbiq etməyi hədəfləyir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" ölkənin elmi mərkəzlərinə istinadən məlumat verib.

Enerji hasil edəcək termonüvə sintezi ulduzların daxilindəki reaksiyaları təqlid edir. Bu, nüvə parçalanmasından fərqli olaraq, radioaktiv tullantılar əmələ gətirmir. Çinin "Süni Günəş" cihazı olan tokamak plazmanı saxlamaq üçün maqnit sahəsindən istifadə edir.

Bu layihə 2023-cü ildə 240 milyon dollar investisiya cəlb edən "China Fusion" şirkəti tərəfindən başladılıb.