BAKI, 6 mart. TELEQRAF

Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub.

Teleqraf xəbər verir ki, hesabat parlamentin martın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti barədə hesabat verir.