
BAKI, 5 mart. TELEQRAF
Kiyev və Vaşinqton nümayəndə heyətləri gələn həftə Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün görüşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında çıxışı zamanı deyib.
“Bu gün Ukrayna və ABŞ komandaları görüş üzərində işə başlayıb. Ümid edirik ki, gələn həftə ilk nəticələri görəcəyik”, - Ukrayna prezidenti bildirib.