BAKI, 5 mart. TELEQRAF
Ukrayna martın 6-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) sammitinə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
“Biz sabah Brüsseldə baş tutacaq Aİ sammitinə hazırlaşırıq. Hamı görür ki, diplomatik hadisələr necə sürətlə inkişaf edir”, – Zelenski bildirib.