
BAKI, 6 mart. TELEQRAF
Yaxın vaxtlarda Kanadanın yeni hökumət başçısı seçiləcək.
Teleqraf xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Melani Coli bildirib.
ABŞ-Kanada münasibətlərinə həsr olunmuş konfransda çıxış edən Coli tezliklə federal səviyyədə keçiriləcək seçkilərdə yeni baş nazirin seçiləcəyinə inandığını bildirib.
Xatırladaq ki, yanvarın 18-də ölkənin keçmiş maliyyə naziri Kristya Friland baş nazir vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.