.png)
BAKI, 5 mart. TELEQRAF
Yaponiya taxt-tacının ikinci varisi olan şahzadə Hisahito ilk mətbuat konfransını keçirib.
Teleqraf xəbər verir ki, imperator ailəsinin gənc üzvü ilk dəfə kamera qarşısına çıxaraq gələcək planlarından danışıb.
O, universitet təhsili və rəsmi öhdəliklərini balanslaşdırmağa çalışacağını bildirib.
18 yaşı keçən ilin sentyabr ayında tamam olan Hisahitonun rəsmi yetkinlik mərasimi sentyabrın 6-da baş tutacaq.
Onun Yaponiyanın monarxiya sistemində nə qədər önəmli bir rol oynayacağı isə hələ də müzakirə mövzusudur.
Qeyd edək ki, yapon krallığı uzun əsrlər boyu kişi varislərlə idarə olunsa da, hazırda ailə daxilində ciddi bir varis böhranı yaşanır.
Hazırda İmperator Naruhitonun qızı, Harvard məzunu Prenses Aiko xalq arasında böyük dəstəyə sahib olsa da, mövcud qanunlara görə taxta çıxma hüququ yoxdur. 1947-ci ildə qəbul edilən İmperatorluq Qanunu, yalnız kişilərin taxta keçməsinə icazə verir.
Qanun eyni zamanda kral ailəsindən olan qadınların adi insanlarla evlənəcəyi təqdirdə titullarını itirməsini tələb edir.