BAKI, 5 mart. TELEQRAF

ABŞ Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff məlumat verib.

Qurum rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında ötən həftə Ağ Evdə baş verən mübahisəyə görə belə bir qərar verildiyini bildirib.

“Oval ofisdəki görüşlə əlaqədar ABŞ Ukraynaya silah və kəşfiyyat məlumatlarının verilməsini dayandırıb”, - Ratkliff vurğulayıb.

Kəşfiyyat rəhbəri qeyd edib ki, o, Zelenskinin Trampa məktubundan sonra fasilənin qaldırılacağını və Ukrayna ilə sülhə doğru işləməyi səbirsizliklə gözləyir.