
BAKI, 27 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və bu ölkənin rəhbərliyinə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
"Xüsusən Prezident Rəcəb Tayyib Ərdoğanı və Türkiyə rəhbərliyini Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün mövqeyinə və bunun üçün göstərdikləri səylərə görə şəxsi olaraq təşəkkür etmək istəyirəm", - o qeyd edib.
Qeyd edək ki, fevralın 26-27-də Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Türkiyədə işgüzar səfərdədir.