LAÇIN, 6 noyabr. TELEQRAF

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Laçın şəhər Şəhidlər xiyabanı ziyarət edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ziyarətdə Laçın şəhəri üzrə xüsusi nümayəndəliyin rəsmiləri, bərpa və tikinti xidmətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər sakinləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlər Cümşüd Məmmədovun və Camal Quliyevin məzarları önünə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.