BAKI, 6 noyabr. TELEQRAF
Ukrayna ordusu Rusiyanın Krasnodar vilayətində yerləşən “Afipski” neft emalı zavoduna (NEZ) dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Exilenova+” məlumat yayıb.
Hava hücumundan sonra müəssisədə yanğın baş verib.
“Stavropol diyarı, Adıgeya Respublikası və Temryuk limanı istiqamətində reaktiv dronların və ehtimal ki, raketlərin hücumu ilə bağlı xəbərdarlıq edilib”, – deyə məlumatda bildirilir.
“Afipski” NEZ Krasnodar vilayətində, Afipski qəsəbəsi yaxınlığında yerləşən iri neft emalı müəssisəsidir. Zavodun illik layihə gücü 6,25 milyon ton neft emalı təşkil edir.