BAKI, 6 noyabr. TELEQRAF
2026-cı ilin dövlət büdcəsində sosial xərclər, xərclərin ümumilikdə büdcə xərclərinin təxminən 41%-ni təşkil etdiyi halda, 2027-ci ilin dövlət büdcəsindən bu xərclər 44%-dən artıq olacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, bütövlükdə sosial sahəyə ayrılan büdcə vəsaitlərinin artım tempi büdcənin ümumi gəlirlərinin və xərclərinin artım tempini üstələyir:
"Bu da Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında sosial dövlət modelinin daha ciddi iqtisadi əsaslara, büdcə əsaslarına istinad etdiyini və belə hesab edirəm ki, gələcəkdə daha da gücləndiriləcəyini sübut edən çox ciddi faktlardır. Güman edirəm ki, Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər, çünki ildən-ilə Azərbaycanın iqtisadiyyatının inkişafı insanlarımız üçün ayrıla biləcək dövlət vəsaitlərinin həcmlərini artırmağa imkan verir ki, bu da hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına kömək edir".