BAKI, 19 iyun. TELEQRAF
Müxalif “Güclü Ermənistan” bloku iyunun 7-də keçirilmiş parlament seçkilərinin ləğvi üçün Ermənistan Konstitusiya Məhkəməsinə ərizə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə blokun açıqlamasında bildirib.
“Güclü Ermənistan” Nikol Paşinyan hökumətini növbəti dəfə seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,8 faizini toplayıb. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs alıb. Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası 3,9 faiz səs toplasa da, Ermənistan parlamentinə düşə bilməyib.