BAKI, 6 noyabr. TELEQRAF
Ermənistan hökuməti TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasının başa çatmasından sonra Erməni Apostol Kilsəsində islahatlar həyata keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb.
“TRIPP layihəsini başa çatdıraq, ardınca intensiv şəkildə kilsə məsələsini həll edəcəyik. Hələlik tələsməyə ehtiyac yoxdur, artıq kilsə məsələləri üzrə komissiya gizli şəkildə araşdırmalara başlayıb”, - nəşrin mənbəsi bildirib.
Nikol Paşinyan hökumətinin islahatlarına başda katolikos II Qaregin olmaqla, erməni kilsəsinin rəhbərliyində köklü dəyişikliklər daxildir. Hədəf kilsəni siyasi proseslərdən kənarlaşdırmaqdır.